Rusiya bombardmançıları Azərbaycandan uçur: “Heç bir güzəşt və danışıqlar olmayacaq”

23.11.2015 - 15:03

yaxin serq“Terroristlər dəqiq bilsinlər ki, onlara aman verilməyəcək”.

Mülki təyyarənin göyərtəsində törədilən terror aktı ölkəyə hücuma bərabərdir və BMT-nin nizamnaməsinə müvafiq olaraq, Rusiya özünü müdafiə hüququndan bütün mümkün vasitələrilə istifadə edəcək.

Oxu.Az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov qeyd edib.

Onun sözlərinə görə, terror aktının tördilməsində kimin və neçə əli olduğuna dair xüsusi xidmətlərdə artıq məlumat var, amma bu, məxfidir.

Məlumatın ABŞ və Britaniyadan gəldiyi bildirilib, XİN prezidentin göstərişi ilə terror aktına aidiyyatı olanları tapmaqda yardım etməyə qadir olan bütün ölkələrə və təşkilatlara müraciət edib.

Rusiya üçün bu, intiqam əməliyyatıdır. Heç bir güzəşt və danışıqlar olmayacaq.

Heç bir qorxu yoxdur. Prezident Putinin terrorçuların harda olmasından asılı olmayaraq tapılıb məhv edilməsinə dair bəyanatından sonra Rusiya silahlı qüvvələri İŞİD-ə hücum edib.

Bombardmançılar bir neçə bazadan, daha sonra isə iki dənizdən – Xəzər və Aralıq dənizindən hücuma keçiblər. Bütün bunlar terrorçuların onlara aman verilməyəcəyini anlamaları üçündür – Rusiyanın “Birinci kanal”ının süjetində deyilir.

Oxu.Az-ın məlumatına görə, materialda Tu-22M3 bombardmançısının 24 tonluq sursatı daşımaq iqtidarında olduğu qeyd edilir.

“Tu-22M3 bombardmançıları Mazdokda havaya qalxıblar. Azərbaycandan keçən təyyarələr Türkiyə, daha sonra İran və İraq üzərindən keçərək Suriyada bomba atıblar”, – süjetdə deyilir, həmçinin raketdaşıyıcıların və bombardmançıların uçuşunun coğrafi marşrutu göstərilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=40646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31