Medvedevdən 11 sentyabr faciəsi haqqında ŞOK AÇIQLAMA
İŞİD terror qruplaşmasının güclənməsinə ABŞ-ın məsuliyyətsiz siyasəti səbəb olub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.
“İŞİD-in güclənməsinə ABŞ-ın məsuliyyətsiz siyasəti səbəb olub. Amerika və müttəfiqləri terrorla mübarizədə güclərini bizimlə birləşdirmək əvəzinə Suriyanın qanuni prezidenti ilə mübarizə etmək qərarına gəldilər”, – Rusiyanın baş naziri deyib.
Medvedev ABŞ-in bir zamanlar “Əl-Qaidə”nin güclənməsinə səbəb olduğunu və bunun 11 sentyabr faciəsinə yol açdığnı qeyd edib: “Bu kimi hadisələr terror təhdidi ilə yalnız birlikdə və müttəfiqlərini ayırmadan mübarizə aparılmalı olduğunu göstərir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=40709