İDDİA: vurulan rus təyyarəsidir – VİDEO

24.11.2015 - 12:38

teyyare3Vurulan təyyarə ilə əlaqədar şərh edən hərbi mütəxəssislər bu təyyarənin Suriya Hava Qüvvələri tərəfindən istifadə edilən MİQ-23 olmasına diqqət çəkdi. Hərbi mənbələr Türkiyə sərhədini pozan təyyarənin F-16 qırıcısı tərəfindən vurulduğunu bildiriblər.

1960-cı illərin ikinci yarısında SSRİ tərəfindən hazırlanan MİQ-23-lər saatda 2 min 445 kilometr sürətlə uça bilir. Təyyarə hələ də Suriya Hava Qüvvələri tərəfindən aktiv şəkildə istifadə edilir.

“Habertürk” isə vurulan təyyarənin Rusiyaya aid olduğunu iddia edib. Təyyarənin düşməsindən sonra bölgədə Suriya vertolyotları görünüb.

Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 təyyarələri 23 mart 2013-cü il tarixində sərhədi pozan Suriyanın MİQ-23 təyyarəsini vurmuşdu. Dörd dəfə sərhədi pozan təyyarə F-16-ların arsenalında olan AIM-120 AMRAAM raketi ilə vurulmuş, pilot isə paraşütlə tullana bilmişdi.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=40752

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31