Vurulan təyyarə ilə bağlı Moskvadan ilk AÇIQLAMA: Təyyarə…
Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiyanın SU-24 tipli təyyarəsi ilə bağlı Rusiyadan ilk açıqlama gəlib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təyyarənin vurulduğunu təsdiqlənib.
Ancaq açıqlamada təyyarənin Suriyanın üzərində vurulduğu bildirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarə 6 min metr yüksəklikdən uçurdu.
“Bütün uçuş vaxtı təyyarə Suriya ərazisinin üstündə olub. Bu nəzarət vasitələri ilə də qeyd edilib”, – açıqlamada deyilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=40791