Türkiyənin vurduğu Rusiya təyyarəsinin bir pilotu həlak olub – FOTO

24.11.2015 - 14:50

pilot2Bu gün səhər Türkiyə hava sərhədini pozduğu üçün Türkiyə hərbi təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus “Su24” hərbi təyyarəsinin katapult edən pilotlarından birinin öldüyü xəbəri yayılıb.

“Milliyet.com.tr” saytına istinadən verilən məlumata görə, katapult edən pilotlardan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ qaldığı və türkmənlərin əlində olduğu bildirilir. Ölən pilotun fotosu da yayılıb.

Hazırda Rusiyaya məxsus 2 helikopter pilotları axtarır, lakin silahlı türkmənlər helikopterlərin yerə enməsinə imkan vermir. Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb. (APA)

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində 2 Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir. Yaralılardan birinin xəstrəxanaya aparılaraq əməliyyat edildiyi, digərinin vəziyətinin isə qənaətbəxş olduğu xəbər verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=40834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31