Türkmən komandir: «Rusiya təyyarəsini biz vurduq»
Bu gün səhər saatlarında Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsi ilə bağlı yeni məlumat açıqlanıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, türkmən komandir Osman Saleh «S-24» təyyarəsini onların vurduğunu bildirib: «Təyyarəni türkmən gücləri vurub. Pilotlar yanaraq təyyarənin içindən meşəyə atladılar. İndi də təyyarələri axtarırıq. Pilotların yerini tapmışıq. Bir azdan onları əsir götürəcəyik».
Short URL: http://www.cumhuriyyet.net/?p=40865