Rusiya Türkiyəyə qarşı hücuma keçdi: “Bütün hədəflər məhv ediləcək”
Rusiya Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün `S-300` analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyserini Türkiyənin 60 kilometrliyində yerləşən Latkiya sahillərinə göndərib.
Reportyor.tv-nin məlumatına görə, bu barədə Rusiya ordusunun Baş Qərargah İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bəyan edib.
O bildirib ki, Rusiya potensial təhdid hesab olunan bütün hədəfləri məhv edəcək: “Bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçiriləcək”.
S.Rudskoy bəyan edib ki, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığın bütün sahələri ilə əlaqələri kəsib.
Short URL: http://www.cumhuriyyet.net/?p=40963