Medvedyev: “Türkiyə 3 böyük səhvə yol verdi”
Rusiyanın Baş naziri Dmitri Medvedyev Su-24 qırıcısının vurulmasına münasibət bildirib.
Axar.az xəbər verir ki, hadisəni “cinayət” adlandıran baş nazir mühüm ortaq layihələrin ləğvini istisna etməyib:
“Rusiya təyyarəsini vuran Türkiyə iqtidarının törətdiyi cinayət 3 nəticəyə gətirib çıxardı. İlk olaraq bu hadisə sərhədlərin qorunması daxil heç bir milli maraqla izah olunmayacaq şəkildə Rusiya-NATO əlaqələrində təhlükəli bir vəziyyətə yol açdı. İkincisi, Türkiyə bu addımı ilə İŞİD terrorçularını qorumaq istədiyini göstərdi. Üçüncüsü isə Rusiya ilə Türkiyə arasındakı iqtisadi-siyasi, yaxın qonşuluq əlaqələrinə ziyan dəydi. Bu ziyanı kompensasiya etmək çətin olacaq. Bu addımın mühüm layihələrin ləğv edilməsi və Türkiyə şirkətlərinin Rusiya bazarındakı mövqelərini itirməsi kimi birbaşa nəticələri ola bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=41024