Rusiyada türk şirkətinin ofisinə hücum – FOTO + VİDEO

25.11.2015 - 12:41

turkiye4Hücum edən şəxslər türk bayrağını və prezident Ərdoğanı təhqir ediblər.

Naməlum şəxslər Türkiyənin bayrağını qopardıblar və asfaltın üzərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər yazıblar.

Noyabrın 24-də Ulyanovskda Türkiyənin Anadolu Efes şirkətinə məxsus Efes Rus pivə şirkətinin ofisinə hücum olub.

Bu barədə Ulyanovsk-qorod xəbər nəşri məlumat yayıb.

Qeyd edilir ki, hücum edənlər Efes Rus pivə zavodunun ofisinə bir neçə avtomobildə gəliblər, daha sonra onlar Türkiyə bayrağını qopararaq binanın qapısını sındırmağa başlayıblar.

Hücum edənlər Türkiyə bayrağını qopartdıqdan sonra ona yumurtalar atıblar.

Onlar Türkiyə bayrağı əvəzinə zavod üzərində Rusiyanın HDQ (Hava desant qoşunları) bayraqlarını qaldırıblar. Hücum edənlər zavodun darvazası önündə asfaltda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlər yazıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=41039

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31