Rusiyadan Türkiyəyə ilk qadağa – İdxal dayandırılır
Rusiya Türkiyədən quş əti idxalını dayandırır.
Türkiyənin vurduğu Rusiya qırıcısından sonra iki ölkə arasındakı gərginlik davam edir.
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı interfax xəbər agentliyi yayıb.
Məlumata görə, Rusiya Türkiyədən idxal etdiyi quş ətini 1 dekabrdan etibarən dayandırdığını açıqlayıb.
Həmçinin bildirək ki, ötən il Rusiya Türkiyədən 16 milyon dollarlıq toyuq əti ixrac edib.
Rəqəmin bu ilin sonu üçün 23,5 milyon dolları olması gözlənilirdi.
Xatırladaq ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti gərginləşdirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=41063