Putin: “Ərdoğan ölkəsini islamlaşdırır”

25.11.2015 - 13:56

putin9Rusiya prezidenti Vladimir Putin Suriya ilə sərhəddə Su-24 bombardmançısının vurulmasına görə Türkiyə rəhbərliyinin ünvanına növbəti sərt ifadələrlə çıxış edib.

Virtualaz.org saytı TASS-a istinadən xəbər verir ki, jurnalistlər qarşısında çıxış edən Putin Türkiyənin indiki rəhbərliyini “məqsədyönlü şəkildə ölkəsini islamlaşdırmaqda” günahlandırıb.

Rusiya prezidenti əlavə edib ki, söhbət radikal islamçı təmayüldən gedir.

“Problem bizim dünən qarşılaşdığımız faciədən getmir, problem daha dərindir. Biz müşahidə edirik ki,-və təkcə biz deyil, sizi əmin edirəm ki, bunu bütün dünyada görürlər,-Türkiyənin bugünkü rəhbərliyi illərdir öz ölkəsində islamlaşmanın dəstəklənməsinə yönələn məqsədyönlü siyasət aparır”- Putin deyib.

Putin əlavə edib ki, İslam böyük dünya dinidir, o cümlədən Rusiyada ənənəvi dinlərdən biridir: “Biz özümüz İslamı dəstəkləyirik və bunu edəcəyik, ancaq söhbət daha radikal dini təmayüldən gedir. Və bu da öz-özlüyündə ilk baxışdan görünməyən olduqca qeyri-münasib vəziyyət, atmosfer yaradır.

Rusiya prezidenti daha sonra Rusiya vətəndaşlarını Türkiyəyə səfərlərdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, təyyarənin vurulmasından, pilotun həlak olmasından sonra bu, məcburi addımdır. “Və Rusiya XİN düz edib vətəndaşları bu təhlükə barədə xəbərdar edir”- deyə Putin bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31