Rusiya Türkiyə ilə münasibətlərə son verdi
«Rusiyanın «Su-24» təyyarəsinin vurulması ona gətirib çıxardı ki, Rusiya ilə Türkiyə arasında uzun illərdir davam edən mehriban qonşuluq münasibətlərinə son verildi. Buna Türkiyə hökumətinin düşünülməmiş cinayətkar əməli səbəb oldu».
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya baş naziri Dmitri Medvedev çıxış edib. Medvedev bildirib ki, Rusiya Türkiyə ilə iqtisadi və humanitar sahələrdəki münasibətləri də dayandırır: «Bu zərərin yerini doldurmaq çətin olacaq».
Baş nazir hesab edir ki, Türkiyə bu addımına heç nəylə, o cümlədən sərhədlərini müdafiə etmək iddiası ilə bəraət qazandıra bilməz.
Medvedev onu da bildirib ki, Ankara terror təşkilatı olan İŞİD-i müdafiə edir. Onun sözlərinə görə, Türkiyənin bəzi rəsmi şəxslərinin bu təşkilatdan neft alışında maraqlı olduğu ilə bağlı sübutlar var.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin «G-20» sammitində bəzi ölkələrin İŞİD-ə dəstək verdiyini bildirmişdi. Və xüsusi qeyd etmişdi ki, onların arasında «Böyük İyirmiliyə» daxil ölkələr də var.
Short URL: http://www.cumhuriyyet.net/?p=41072