Ərdoğan: “Rus təyyarəsi olduğunu bilmirdik”

25.11.2015 - 15:01

erdoqan6Vurulan qırıcının Rusiyaya məxsus olması rəsmi Moskvanın açıqlamasından sonra ortaya çıxdı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) iclasında deyib.

Ərdoğan yaranmış gərgin situasiyanı davam etdirməyəcəklərini bildirib:

“Hava məkanımıza girən iki döyüş təyyarəsi dünən 10 dəfə xəbərdarlığa baxmayaraq, sərhədlərimizi pozmağa davam etdi. Məhz bundan sonra F-16-larımız sərhədi pozan qırıcılara atəş açdı. Vurulan qırıcının Rusiyaya məxsus olması rəsmi Moskvanın açıqlamasından sonra ortaya çıxdı. Bu qırıcıların həmin ərazidə İŞİD-ə qarşı savaşdığı deyilir, lakin həmin bölgədə İŞİD terrorçuları yoxdur. Uzun müddətdir belə hadisənin baş verməməsi üçün hər cür xəbərdarlıq etmişdik. Dünənə qədər belə bir hadisənin olmaması Türkiyənin xoş niyyətindən irəli gəlirdi. Xoşniyyətli mövqeyimizi yenə davam etdirəcəyik. Bu hadisəni gərginləşdirmək barədə heç bir niyyətimiz yoxdur”.

Qeyd edək ki, iclasda Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Konstantin Şuvalov da iştirak edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41096

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31