Merkel vurulan rus təyyarəsi barədə – Vəziyyət gərginləşəcək
Suriyada Rusiyaya məxsus “Su-24” tipli qırıcının vurulması regionda vəziyyəti daha da gərginləşdirdiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.
“Gərginliyin yüksəlməməsi üçün hər şey eləməliyik”, – deyə Merkel vurğulayıb.
Almaniya kansleri, həmçinin qeyd edib ki, ötən gün hadisə ilə bağlı Türkiyə baş naziri Əhməd Davudoğlu ilə də telefonla danışıb.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=41111