Rusiya Türk yardım TIR-larını bombaladı: ölən və yaralananlar var (Video)

26.11.2015 - 00:38

43320Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı Kilisdən Suriyaya girəndən sonra sərhəddə vurulub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, yardım daşıyan TIR-lar havadan hücuma məruz qalıb. Türkiyənin Anadolu Agentliyi isə hücum nəticəsində 7 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını, 20 TIR-ın isə yandığını bildirib.

Yerli mənbələr bildirib ki, hücum rus təyyarələri tərəfdən edilib: “Ruslar humanitar yardım daşıyan TIR-lara hücum etdi. Hücum nəticəsində 20 TIR yandı, çoxlu sayda maşın da yararsız hala düşdü” deyə xəbərdə qeyd olunub. Suriyadakı müxalif qruplardan olan Şam Cəbhəsinin sahə komandiri Zekeriya Karslı da yardım TIR-larına Rusiyanın hərbi təyyarələrinin hücum etdiyini bildirib.

Humanitar yardım karvanının koordionatoru Mustafa Özbek yanğını söndürməyə çalışdıqlarını deyib. O, yardım karvanına kimin hücum etdiyini bilmədiyini deyib. Türkiyənin rəsmi qurumları hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=41174

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31