Ermənistanda qadınlar zorakılıqdan bezib küçələrə etiraza çıxdı…

26.11.2015 - 01:05

rrİrəvanda məişət zorakılığı əleyhinə qanun qəbul edilməməsinə qarşı etiraz aksiyası keçirilib. “Report” xəbər verir ki, bu haqda ölkə KİV-i məlumat yayıb. Məlumata görə, bu il oktyabrın 25-də qadın haqlarını müdafiə edən ictimai təşkilatlar “Məişət zorakılğı” haqda qanunun qəbul edilməsi ilə bağlı hökumətə müraciət ediblər. Onlara qanun layihəsi üzərində işlərin davam etdiyi bildirilib.

Etiraz aksiyasının iştirakçıları Nazirlər Kabinetinin binasına doğru yürüş edərək problemə dair bəyaniyyələr paylayıblar. Yürüşçülər Ermənistanın baş naziri Ovik Abramyana və ədliyyə naziri Arpina Ovanisyana məktub göndəriblər. Həmin məktubda qadınların haqlarının müdafiəsi ilə bağlı qanun layihəsinin hazırlanması üçün ekspertlərin cəlb edilməsi istənilib.

Yürüş iştirakçıları əllərində “Məişət zorakılığına qarşı birgə mübarizə aparaq!”, “Dünya ailələrinə dinc yaşayış!”, “Laqeydlik insan həyatına başa gələ bilər!”, “Zorakılıqdan zorakılıq doğar!” kimi şüarlar yazılmış plakatlar tutublar. Xəbərdə bildirilib ki, bugünkü yürüş 16 gün keçirilməsi nəzərdə tutulan aksiyanın birincisidir. Məlumata görə, son 10 ayda Ermənistanda 645 məişət zorakılığı hadisəsi qeydə alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=41180

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31