Ermənistana İŞİD hücumunun təfərrüatları – Terrorçuların adları bilindi

26.11.2015 - 01:42

rrNoyabr ayının 25-də İrəvanın Nork Maraş inzibati bölgəsinin 9-cu küçəsində yerləşən evlərdən birində terror fəaliyyətinə tam hazır olan, partladıcı maddə və xüsusi paltarla təchiz olunmuş vəziyyətdə 3 qız, 7 oğlan olmaqla – on nəfərə qədər silahlı dəstə aşkar olunaraq zərərsizləşdirilib.

Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılan xəbərə görə, qrup üzvləri diaspor erməniləridir və əksəriyyəti xarici ölkə vətəndaşlarıdır. Onların Suriyadan gəldiyi, İŞİD terror qruplaşmasının üzvləri olduğu bilidirilir. Belə ki, Ermənistan höküməti himayədarının təkidi ilə Suriyada yaşayan diaspor erməniləri vasitəsi ilə fəaliyyətə qoşulması və həmçinin qondarma Dağlıq Qarabağın rəhbəri Bako Saakyanın Qarabağ ərazisindən Suriyanın vurulması üçün istifadə edilməsinin mümkünlüyü barədə bəyanatından sonra Ermənistan İŞİD-in bir nömrəli hədəfinə gəlib.

ISIDYayılan xəbərə görə, Ermənistanda terror qruplarının yaradılması işi Suriya erməniləriLeon Bedros Kehyayan, Mher Qevorq Keşişyan və Armina Diran Akipyantərəfindən aparılıb. Bundan başqa, bu gün həbs olunan Ermənistan Respublikası vətəndaşı, keçmiş İrəvan sakini Artur Vardanyanmüxtəlif vaxtlarda Ermənistana səfər edərək, cinayətkar dəstəyə rəhbərlik edib. Hazırda Suriyada Ermənistana qarşı terror qrupları hazırlayan dəstədən bir neçəsinin adı da məlum olub. Onlar Aqap Farazi Aroyan, Sorn Karkuri Artinyan, Ara Leiuni Kazancyan, Mari Hranti Bicyan, Laia Andraniki Kilecyan, Ani Mikayeli Demircyan, Tamar Manveli Tufenqcyan, Maquy Sarkisi Boladyan, Qevorq Hakopi Tutuncyandır. Dəstənin digər üzvlərinin adı məlum deyil.

Ermənistan mətbuatının gündəmində son aylar parlament üzvləri ilə medianın görüşməsi üçün xüsusi icazənin alınması, baş nazirin parlamentə girərkən mətbuata açıqlama verməkdən yayınaraq mühafizənin müşayətində olması və son olaraq dünən, noyabr ayının 24-ü parlament binasının silahlı mühafizəsində xüsusi gücləndirmənin olması məhz hədəfin parlament olması ehtimalını yaradıb. Terror qruplaşmasının Ermənistanın bir çox bölgəsində terror hadisəsi planlaşdırdığı ehtimal olunur.

Ermənistan Respublikası Milli Təhlükəsizlik xidmətinin yaydığı xəbərə görə, terror qrupunun məqsədi Ermənistan ərazisində bir sıra cinayətlər təşkil etmək olub. Digər ərazilərdə terrorun baş verməməsi üçün işlər aparıldığını bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=41195

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31