Moskvaya yeni zərbə: Müqavilə ləğv edilə bilər
Polşa 1997-ci ildə imzalanmış Rusiya-NATO aktından imtina etmək istəyir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşanın Xarici İşlər naziri Vitold Vaşikovski söyləyib. Onun sözlərinə görə, bu müqavilə NATO-nun keçmiş və yeni üzvləri arasında bərabərsizliyə səbəb olur:
“NATO-da iki təhlükəsizlik səviyyəsi ola bilməz. Qərbi Avropa ABŞ bazaları, müdafiə silahları ilə təmin edilib, amma ikinci tip ölkələrə aid olan Polşada bunlardan heç biri yoxdur. Polşa Rusiyanın qonşusu olduğuna görə biz bunu tələb edirik”.
Qeyd edək ki, 1997-ci ildə imzalanan müqaviləyə əsasən, NATO alyansa yeni üzv olan dövlətlərin ərazisində nüvə silahı yerləşdirə bilməz.
Short URL: http://www.cumhuriyyet.net/?p=41229