Türkiyənin vurduğu təyyarənin xilas olmuş pilotu danışdı — “Borcu qaytarmalıyam”

26.11.2015 - 11:09

muraxtin“Türkiyəyə çıxış təhlükəsi belə yox idi”

Ölkə.Az xəbər verir ki, Rusiyanın Türkiyədə vurulan “Su-24” hərbi təyyarəsinin xilas olmuş pilotu Konstantin Muraxtin Suriyaya “Hmeymim” bazasında jurnalistlərə hadisənin təfərrüatlarını danışıb.

“Əslində heç bir xəbərdarlıq olmayıb. Nə radiomübadilə vasitəsilə, nə də vizual olaraq. Ümumiyyətlə rabitə olmayıb. Buna görə biz hərbi kursa ştat rejimində girirdik. F-16 ilə bombardmançının sürətlərini anlamaq lazımdır. Bizi xəbərdarlıq etmək istəsəydilər, parallel kursa çıxaraq özlərini nümayiş etdirə bilərdilər. Ancaq belə heç nə olmayıb. Elə raket özü də bizim təyyarənin quyruğuna qəfil gəldi. Biz onu vizual olaraq da izləmirdik ki, raket əleyhinə manevr edə bilək.

Biz 6 min metr hündürlükdə uçurduq. Hava aydin idi, bizim slenqdə deyildiyi kimi, “milyona milyon”. Bizim bütöv uçuşumuz raketin partlamasına qədər mən tərəfdən tamamilə nəzarət edilirdi. Mən kart və yaşayış yerində harada olduğumuz və sərhədi çox gözəl görürdüm. Türkiyəyə çıxış təhlükəsi belə yox idi. Biz dəfələrlə orada hərbi uçuşlar həyata keçirmişik və həmin ərazini beş barmağımız kimi tanıyırıq. Hərbi tapşırıqları yerinə yetirir və aviabazaya qayıdırdıq. Səbirsizliklə buradan çıxacağım günü gözləyirəm. Komandanlıqdan istəyəcəm ki, məni köhnə hərbi bazaya göndərsinlər. Mən komandirə olan borcu qaytarmalıyam”, – deyə Konstantin Muraxtin qeyd edib.

Noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus “Su-24” döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin “F-16” qırıcıları “Su-24″ü zərərsizləşdirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31