Ərdoğan generalların toplantısını çağırdı

26.11.2015 - 11:21

iclasBu gün Türkiyənin Ali Hərbi Şurası Ankarada iclas keçirəcək.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk ordusunun Baş Qərargahında keçiriləcək iclasa baş nazir Əhməd Davudoğlu, Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və milli müdafiə naziri İsmet Yılmaz, Türk Silahlı Qüvvələrində xidmət aparan bütün ordu generalları və admirallar qatılacaqlar.

İclasda rus döyüş təyyarəsinin vurulmasının səbəb olduğu Türkiyə-Rusiya böhranının, türk ordusunun hazırkı vəziyyətinin müzakirə ediləcəyi gözlənilir.

Bundan başqa, Suriyanın türkmənlərin yaşadığı bölgələrində Əsəd qüvvələrinin əməliyyatları, PKK və İŞİD ilə mübarizə mövzuları da müzakirə olunacaq.

İclas başa çatdıqdan sonra iştirakçılar axşam saatlarında Prezident İqamətgahına yola düşəcək və burada dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şura üzvlərinə axşam yeməyi verəcək.

Qeyd edək ki, Türkiyənin Ali Hərbi Şurası ildə 2 dəfə iclas keçirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=41250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31