İranın dini liderindən xəbərdarlıq
İranın dini lideri Ayətullah Əli Xameneyi ABŞ-ı tənqid edib.
Axar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu qarşısında çıxış edən dini lider ABŞ-ın İranda insanların həyat tərzini dəyişmək istədiyini iddia edib:
“Düşmən milli dəyərlərimizi, inancımızı və dolayısyla həyat tərzimizi dəyişmək üçün xalq və ölkə daxilində, xüsusilə pul və cinsi münasibətlərdən istifadə edərək şəbəkə yaradır”.
Xameneyi xalqın “düşmən tələsinə” düşməməsi barədə xəbərdarlıq edərək dövlət məmurlarının bu məsələləri nəzərə almasını istəyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=41272