Neft bahalaşır, OPEK toplaşacaq

26.11.2015 - 13:08

neft3Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra neft bahalanmağa başlayıb. Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEK) isə istehsalı azaltmağı nəzərdən keçirir. Bunu CNBC yazır.

Rusiya dünyanın ən böyük neft istehsalçısıdır. Təhlilçilərin fikrincə, Suriya sərhədində baş verənlər neftin qiymətinə birbaşa təsir göstərir. Dünyanın ikinci neft istehsalçısı Səudiyyə Ərəbistanı isə nəhayət ki, istehsalı azaltmağa hazırdır. Gələn həftə OPEK-in toplantısı keçiriləcək.

“Neftin qiymətinin aşağı olması Səudiyyənin büdcəsində çətinlik yaradır. Bu ölkə indi istehsalı azaltmaq məqamına çatıb” – bunu CNBC-yə Sidneydə mənzillənən “Paradigm Securities”dən Barri Deyvis deyib.

Səudiyyə Ərəbistanı bu həftə bildirib ki, neftin qiymətinin sabit saxlanması üçün OPEK-in digər üzvləri ilə işləyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=41322

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31