Türkman lider DANIŞDI: “Başımıza bomba yağır, vəziyyət gərgindir”

26.11.2015 - 13:35

mustafa“Qızıldağ təpəsi yenidən rejim güclərinin əlinə keçib. Bildiyimiz kimi, bundan öncə Əsəd rejimi Rusiyanın dəstəyi ilə təpəni işğal etmişdi, amma bizim qəhrəman əsgərlərimiz dünən axşam saatlarında təpəni azad etmək üçün mətinliklə döyüşdülər və uğurlu oldu. Amma dünən axşamdan davam edən hücumlar nəticəsində təpə yenidən rejim güclərinin əlinə keçib”.
Bunu Publika.az-a açıqlamasında Suriya Türkman Məclisinin başqanı Abdurrahman Mustafa deyib.
Lakin o, bunun Türkman dağının, ümumilikdə Bayır Bucağın işğal olunması demək olmadığını bildirib: “Qızıldağ strateji bir təpədir, lakin buranın rejim güclərinin əlinə keçməsi, türkmanların məğlub olması demək deyil. Bizim qəhrəman gənclərimiz qanlarının son damlasına qədər döyüşürlər, şəhid olurlar, amma geri çəkilmirlər. Nəticədə qarşımızda dünyanın super güclərindən olan Rusiya və Əsəd var. Eyni zamanda, güclü hərbi texnikaya malik bir ordu ilə savaşırıq”.
A. Mustafa Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra türkmanlara qarşı hücumların daha da şiddətləndiyini diqqətə çatdırıb.
“Havadan, qurudan və dənizdən bombalayırlar. Durum kirtikdir. Rejim gücləri loqistik nöqtələri də vururlar. Qəhrəman oğullarımız sona qədər döyüşəcək, amma sonumuzu necə olacağını Allah bilir”, – deyə o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31