Rus deputatdan Türkiyəyə inanılmaz tələb: “Ayasofya kilsəsini xristianlara qaytarın”
Türkiyə Ayasofya kilsəsini xristianlara qaytarmalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı deputat Sergey Qavrilov söyləyib. Onun sözlərinə görə, Rusiya Türkiyənin bu hərəkətinin dost addımı olacağını bildirib:
“Rusiya tərəfi bu məsələdə aktiv iştirak etməyə hazırdır. Biz bu xristian abidəsinin bərpası üçün ən yaxşı restavratorlarımızı və alimlərimizi cəlb edəcəyik. Bu addım Türkiyə və islama xoşməramlılığın siyasətdən üstün olduğunu nümayiş etdirməyə kömək edəcək”.
Qeyd edək ki, Ayasofya məbədi 537-ci ildə Bizans imperatoru tərəfindən tikilib. Kilsə uzun müddət yunan-ortodoks kilsəsi kimi fəaliyyət göstərilib. 1453-cü ildə I Fateh Sultan Məhmət tərəfindən İstanbulun ələ keçirilməsindən sonra bu kilsə məscidə çevrilib. 1935-ci ildən sonra Ayasofya məbədi muzey kimi fəaliyyət göstərir. Xristian dini liderlərinin böyük bir qismi məhz bu addımına görə indiyə qədər Fateh Sultan Məhməti lənətləyir və onu xristianların düşməni adlandırırlar. Hazırda bu məbədə pravoslavlarla bərabər katoliklər də iddia edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=41332