Bülent Ersoydan Putinə xəbərdarlıq: “Sən məni tanıyırsan?” – FOTO
Dünən İstanbulda tanınmış modelyer və dizayner Yıldırım Mayrukun yeni kolleksiyasının təqdimatı olub.
Milli.Az AHT-yə istinadən bildirir ki, “2023-ə hekayələr” kolleksiyasının “Conrad Hotel”dəki defilesində səhnəyə çıxanlar arasında Tülin Şahin, Günay Musayeva və Ebrü Öztürk də vardı.
Qonaqlar arasında gözlərində gün eynəyi, əynində xəz kürk olan müğənni Bülent Ersoy da vardı.
Əynindəki kürkün gerçək xəz olduğunu vurğulayan B.Ersoy daha sonra jurnalistlərin suallarını cavablamağa başlayıb. O, qəflətən Türkiyə və Rusiya arasındakı münasibətlərdən danışmağa başlayıb: “Rusiya sərt davranır. Rusiyanın prezidenti Putin də sərt danışır. Putinə çox sinirlənirəm. Ondan soruşun ki, Bülent Ərsoyu tanıyırmı. Putin, sən məni tanıyırsan?! Tanısaydı, belə danışmazdı”.
B.Ersoyun bu absurd açıqlamaları jurnalistlərin qəhqəhə çəkməsinə səbəb olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=41381