Rusiyaya ağır zərbə: strateji hərbi baza bombalandı, xeyli ölü var

27.11.2015 - 02:03

rrRusiyanın Suriyada ən strateji nöqtəsi “Hmeymim” aviabazası güclü artilleriya zərbələrinə tuş gəlib. ANS PRESS-in məlumatına görə, Latakiya əyalətində yerləşən aviabaza müxalif “Əhrar əş-Şam” qruplaşması tərəfindən atəşə tutulub.

İŞİD və Suriyadakı digər müxalif qrupların hərbi obyektlərinə zərbələr endirən rus təyyarələri “Hmeymim” aerodromundan havaya qalxır. Rus ordusunun ən son model bombardmançı təyyarəsi Su-34, həmçinin modernləşdirilmiş Su-24M bombardmançısı, Su-25 qırıcısı və digər hərbi texnikası bu bazada qərarlaşıb.

Müxalif qruplaşmanın bazanı bombardmanı nəticəsində “Hmeymim”də xeyli sayda ölənlərin və yaralananların olduğu barədə məlumatlar var. Hadisə baş verdikdən sonra bazadan hərbi təyyarələrin qalxmadığı müşahidə olunub.

Bu arada bu gün Rusiya Müdafiə Nazirliyi “Hmeymim” aviabazasının mühafizəsinin gücləndirilməsi üçün yeni S-400 zenit-raket komlekslərinin göndərildiyi barədə videoçarx yayıb. Ruslar üçün “Hmeymim” aviabazası olduqca strateji bir nöqtə sayılır.

Ruslar Suriyaya S-400-lər yollamaqla əslində Suriyanın səmasını “qapatmaq”, uçuşlara yasaq bölgə yaratmaq istəyir. Bununla da Rusiya Türkiyəyə yox, NATO-ya meydan oxuyur. Rusiya indi NATO-nu sınağa çəkib.

S-400-lərin “Hmeymim” aviabazasına yerləşdirilməsi Suriya səmasının bütünlüklə Rusiyanın nəzarətinə keçməsi deməkdir. Bundan sonra Rusiya Suriyada Türkiyə ilə yanaşı, NATO-nun istənilən ölkəsinin istənilən təyyarəsini asanlıqla hədəfə alaraq vura biləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=41429

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31