Ərdoğan: Türkiyə ciddi insidentin baş verməsini istəmirdi

27.11.2015 - 10:39

erdoqan8Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.

“Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin yaranmasında maraqlı deyil. Bizim ölkələrimiz arasında yüksək səviyyəli məşvərət şurası fəaliyyət göstərir, bizim aramızda inkişaf etmiş iqtisadi münasibətlər mövcuddur. Biz Rusiya kimi ölkə ilə münasibətlərdə gərginliyin yaranmasında maraqlı deyilik”, deyə Ərdoğan qeyd edib.

“Türkiyə insidentin baş verməsini qətiyyən arzulamırdı, lakin, təəssüf ki, o baş verdi. Lakin biz onu gərginliyin mənbəyi kimi qiymətləndirmirik. Bizim ölkələr bir-birinin əlini sıxaraq əməkdaşlığı davam etdirməlidir”, deyə Türkiyə prezidenti qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41453

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31