Rusiya prezidenti: “Türkiyə ilə münasibətlərimiz kobudcasına məhv edilir”

27.11.2015 - 12:28

putin“Suriyada Rusiya təyyarəsi vurulduqdan sonra Rəcəb Tayyip Ərdoğan vəzifəsindən getməlidir ya yox, bu Rusiyanın işi deyil. Lakin təəəssüflər olsun ki, görünməmiş səviyyədə olan münasibətlər cox kobudcasına məhv edilir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Ərdoğanın vəzifədən gedib-getməməsi tamamailə bizə aid olan məsələ deyil, bu Türkiyə xalqına aid olan məsələdir. Biz heç vaxt buna qarışmamışıq, bundan sonra da qarışmağa hazırlaşmırıq. Türkiyə ilə son 10 ildə dövlətlərarası münasibətlər görünməmiş səviyyəyə qalxmışdı. Biz Türkiyəni sadəcə qonşu deyil, dost ölkə, az qala müttəfiq hesab edirdik. Çox təəssüflər olsun ki, bu münasibətlər kobudcasına məhv edilir”, deyə Vladimir Putin Ərdoğanın “Türkiyənin İŞİD-dən neft aldığı sübut olunsa, prezident vəzifəmdən getməyə hazıram” bəyanatını şərh edərkən söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41507

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31