“Türkiyə boğazları rus gəmilərinin üzünə bağlaya bilməz” – Açıqlama

27.11.2015 - 12:59

boqaz“Türkiyə Rusiyanın Suriyadakı aviasiyasını təchiz edən gəmilər üçün Bosfor və Dardanel boğazlarını bağlaya bilməz”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya Qara dəniz donanmasının sabiq komandiri admiral Viktor Kravçenko çıxış edib.

1936-cı ildə qəbul olunmuş Montre konvensiyası Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenitetini təmin edir. Konvensiyaya əsasən Türkiyə boğazları xarici gəmilərin üzünə o zaman bağlaya bilər ki, tərəflərdən biri müharibə elan etsin.

Kravçenko qeyd edib ki, Türkiyə boğazları bağlarsa, bu beynəlxalq hüququn və Montre konvensiyasının pozulması demək olacaq. Hətta İkinci Dünya müharibəsi zamanı belə Türkiyə boğazlarla bağlı neytrallığını qoruyub, Almaniyanın təzyiqlərinə baxmayaraq, boğazları bağlamayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=41525

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31