Ruslar niyə türklərlə savaşmamalıdır – 8 səbəb

27.11.2015 - 14:20

rtRusiyanın Türkiyə ilə münasibətlərini pozması və uzunmüddətli konfliktlərə başlaması, Moskva üçün həm iqtisadi, həm hərbi-strateji, həm də daxili siyasət ucbatından sərfəli deyil.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın “Doyçe Velle” saytı yayıb. Sayt Rusiyanın Türkiyə ilə münasibətlərini pozmamasını şərtləndirən 8 səbəbi açıqlayıb.

Asiya və NATO-nun ən güclü ordularından biri

Yazıya məhz hərbi aspektdən başlayaq. Rusiyanın Türkiyə ilə savaşmamasını gərəkdirən birinci səbəb hərbi-siyasi xarakter daşıyır. Qara dənizdən qonşu olan bu ölkə Asiyanın ən güclü ordularından birinə sahibdir. Üstəlik, Türkiyə NATO tərkibində ordusunun böyüklüyünə görə Amerikadan sonra ikinci yerdədir. Türkiyə silahlı qüvvələri yaxşı təlim görüb və Qərbin müasir silahları ilə silahlanıblar. Ona görə də baş verəcək lokal konflikt zamanı Türkiyə ordusu kifayət qədər ciddi rəqib təsiri bağışlayır (Gürcüstan və Ukrayna ordularından daha yaxşı döyüş qabiliyyətinə sahibdirlər). Konfliktin böyüyəcəyi zamanı Ankara NATO nizamnaməsinin 5-ci bəndindən yararlanaraq, təşkilatın bütün üzvlərini köməyə çağırmaq imkanına sahibdir. Ona görə də Türkiyə ilə istənilən hərbi konflikt bütün NATO ilə qarşıdurmaya çevrilə bilər.

Bosfor üzərində strateji nəzarət

İkinci səbəb Türkiyənin strateji coğrafi mövqeyidir. O, Bosforu idarə edir. Bu isə o deməkdir ki, Ankara Rusiyanın mülki və hərbi gəmilərinin bu boğazlardan keçməsinə qadağa qoymaq imkanına sahibdir. Suriyadakı rus hərbçilərinin təchizatının əsasən dənizdən Bosfor vasitəsilə daşındığını nəzərə alsaq, o zaman bu yoldakı istənilən maneə Moskva üçün ciddi nəqliyyat problemi yaradacaq və Suriya əməliyyatının dəyərinin qalxmasına gətirib çıxaracaq.

Sünnilər arasında lider mövqeyi

Üçüncü səbəb islam faktorudur. Ankaranı idarə edən islamçı partiya parlamentdə özünə böyük dayaqlar yarada bilib. Beynəlxalq aləmdə isə Türkiyə sünnilərin liderlərindəm biri kimi görünür. Rusiyada yaşayan müsəlmanlar isə islamın məhz bu qolunun davamçılarıdır. Hazırda Rusiya Suriyadakı şiələrin tərəfində vuruşur. Türkiyə rəhbərliyi hansısa formada bu şəraitdən istifadə edə bilər. Bundan başqa, Ankara yumşaq şəkildə desək, İŞİD sıralarındakı rusiyalı döyüşçülərin öz ərazisindən keçərək geri qayıtmasına mane olmaya bilər.

Ukrayna və Krım tatarlarının dəstəklənməsi

Dördüncü səbəb Krımdır. Türklər Krım tatarlarını özlərinin soydaşları hesab edirlər. Ankara Rusiyanın Krımla bağlı atdığı addıma açıq şəkildə narazılığını bildirib. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Türkiyə və Ukrayna münasibətlərinin yaxınlaşmasına səbəb olacaq.

Rusiyanın Türkiyə ilə münasibətlərinin kəskinləşəcəyi təqdirdə hansı iqtisadi problemlərlə üz-üzə qalacağına da baxmaq lazımdır. Bunların hamısını bir bənddə cəmləmək olardı, amma onlardan bəziləri spesifik xarakter daşıyır.

Rus turistlər Antalyaya getməyə öyrəşiblər

Beşinci səbəb turizmdir. Faktiki olaraq Rusiya tərəfindən Türkiyəyə turistik səfərlərə qadağa qoyulması, sözsüz ki, bu ölkənin iqtisadi maraqları üçün zərbədir. Doğrudur, müvafiq qiymət siyasəti ilə Türkiyə hələ də gələn yay sezonu üçün Misirlə Tunisi istəməyən və ya qiymətlərin bahalı olması ucbatından İspaniyaya getməyən avropalıların sayəsində turizm sənayesini xilas etmək şansına sahibdir. Rusiyanın Türkiyəyə qoyduğu turistik blokada onun özü üçün daxili siyasi risklər yaradır. Görəsən, rusiyalılar son iki həftə ərzində ən sevimli iki turistik istiqamət olan Misir və Türkiyəyə səyahət imkanlarını itirməsinə necə reaksiya verəcəklər? Bu qadağalar artıq bu cür həyat tərzinə (açıq sərhədlər və sərbəst hərəkət) öyrəşmiş təbəqələrdə narazılığa səbəb olacaq. Lakin indi onlar hiss etməyə başlayırlar ki, bu cür həyat tərzi durmadan düşür.

Ukrayna ilə bərabər Türkiyə qaz bazarını da itirmək

Altıncı səbəb qazdır. Türkiyə ilə münasibətlərin kəskinləşməsi daha çox “Türk axını” qaz kəməri layihəsini məhv edəcək. Lakin iş təkcə əvvəlcədən gələcəyinə şübhə yaranan bu proyektlə bağlı deyil. Bir müddət əvvələ qədər rus qazının əsas alıcıları Almaniya, Ukrayna və Türkiyə idi. Görünür, indi Ukrayna ilə bərabər Türkiyə bazarında da satış qəfildən azala bilər. Ankara Rusiya qazından birbaşa imtina etmək imkanına malik deyil. Lakin münasibətlərin pisləşəcəyi təqdirdə Türkiyə çox güman ki, yeni təchizatçıların axtarışı ilə aktiv şəkildə məşğul olacaq.

Müxtəlif iş əlaqələri təhdid altında

Yeddinci səbəb xarici ticarətdir. Türkiyə Rusiyanın ən böyük ticarət partnyorlarından biridir. Ankaranın Moskvaya ixrac etdiyi qida məhsuallarının miqdarı Qərbə qarşı tətbiq edilən embarqodan sonra xeyli artıb. Türkiyə ətinə, tərəvəzinə və ya meyvəsinə qoyulan qadağa Rusiya bazarlarını məhsullarla təchiz edən ölkələr dairəsini daha da darlaşdırır. Bu da qiymətlərin qalxmasına səbəb olacaq.

Birgə investisiya layihələri

Səkkizinci səbəb investisiyadır. Rusiyanın böyük maliyyə, neft, metallurgiya şirkətləri Türkiyə bazarına böyük miqdarda yatırım ediblər. Əgər münasibətlərin korlanması uzun müddət davam etsə, bu investisiyalara zərər dəyəcək. Bundan başqa, Rusiyada reallaşdırılan xeyli sayda investisiya layihələri türk şirkətləri vasitəsilə reallaşdırılırdı. Əgər onlar Rusiyadan getməyə məcbur olsalar, nə baş verəcək?

Short URL: http://www.cumhuriyyet.net/?p=41550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31