Rusiya təyyarələri Türkiyə sərhədini vurdu – 5 ölü, 10 yaralı

27.11.2015 - 14:28

raketTürkiyə-Suriya sərhədində növbəti insident yaşanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya təyyarələri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Reyhanlı ərazisinə yaxın Maarat əl Numan qəsəbəsinə iki raket zərbəsi endiriblər.

Suriyanın İdlib şəhərinə bağlı olan, lakin Türkiyə ilə sərhədin bir addımlığında olan qəsəbənin vurulmasının məlum təyyarə insidenti ilə bağlı Ankaraya cavab olması istisna edilmir.

Raketlər yaşayış məntəqəsinə düşdüyündən bir neçə binada çökmə olub, insanlar dağıntılar altında qalıblar.

İlkin məlumatlara görə, 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Yerli əhali dağıntılar altında qalan insanları xilas etmək üçün səfərbər olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=41556

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31