Rusiya xüsusi təyinatlıları döyüşə atıldı – İLK İTKİLƏR

28.11.2015 - 12:32

ordu rusSuriya ordusunun həyata keçirdiyi əməliyyatlara sentyabr ayının 30-dan havadan dəstək verən Rusiya quru qüvvələrini də döyüşə atıb.

Publika.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Der Spiegel” jurnalı çıxış edib.

Nəşrin əldə etdiyi məlumatlara görə, Rusiya ən azı iki hərbçisi qarşıdurmalarda həyatını itirib. “Der Spiegel” ölən əsgərlərin Rusiya silahlı qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (BKİ – QRU) hərbçiləri olduğunu yazıb. Nəşrin iddiasına görə, ölən hərbçilər üçün 12 noyabr tarixində Rostovda yerləşən 22-ci Xüsusi Təyinatlı Birlikdə dəfn mərasimi təşkil edilib.

Jurnal dislokasiya yeri Sibir olan 120-ci artilleriya briqadasına aid 2A65 “Msta-B” haubitsaların Suriya ordusunun gücünü artırdığını yazıb.

Xatırladaq ki, Rusiya hərbi komandanlığı noyabrın 18-də Suriyadakı əməliyyat barədə hesabat verərkən prezident Vladimir Putinə bu ölkənin mərkəzi hissəsində yerləşən Rusiya artilleriya hissəsinin mövqelərini göstərib. Bu isə o demək idi ki, Moskva hərbi əməliyyatlarda bu vaxta qədər məlum olduğundan daha fəal iştirak edir. Putinə göstərilən xəritədə “5 габатр 120 абр 2А65 Мста-Б 6 ед с 14.00 06.11” yazısı olub.

“Aбр” abbreviaturasının “artilleriya briqadası”, “габатр”ın isə “haubitsa batareyası” demək olduğu bildirilir.

Rusiya ordusunda 120-ci artilleriya briqadası həqiqətən də mövcuddur və onun dislokasiya yeri Sibirdir. Briqada həqiqətən də “Мста-Б” haubitsaları ilə təchiz edilib. “Reuters”in müxbirləri hərbi hissənin növbətçisi ilə əlaqə saxlayıblar. O, bu briqadanın hərbçilərinin Suriyaya göndərilməsi barədə bir şey bilmədiyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41634

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31