ABŞ Türkiyəni qanadları altına aldı: F-15-lər gəldi

28.11.2015 - 12:46

f15Rusiya hərbi təyyarəsinin Türkiyə səmasında vurulmasından sonra Ankaraya artan hərbi təzyiqə görə ABŞ hökuməti Türkiyəyə daha bir neçə F-15 göndərməyə qərar verib.

Axar.az xəbər verir ki, Pentaqonun mətbuat xidmətinin rəhbəri Peter Kuk bununla bağlı Türkiyə hökumətinin hələ bir müddət əvvəl ABŞ-a müraciət etdiyini bildirib. Kukun sözlərinə görə, müraciət məhz rus hərbi təyyarələri ilə bağlı edilib.

Rusiya təyyarələrinin Türkiyə hava sərhədini bir neçə dəfə pozmasından sonra Ankaranın müraciəti əsasında ABŞ hələ 15 gün əvvəl 6 ədəd F15C “İql” qırıcısını Türkiyənin İncirlik bazasına göndərmişdi.

Rusiya hərbi təyyarəsinin Türkiyənin hava sahəsini pozarkən vurulması isə ABŞ-ı daha bir addım atmağa vadar edib. Kukun məlumatına görə, yeni göndəriləcək F-15 “Strayk İql” qırıcı-bombardmançıları birbaşa Rusiya Hərbi Hava Qüvvələrinin Türkiyə təhdidinin qarşısını almağa yönəlib:

“Vaşinqtonun bu addımı NATO müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə, eləcə də İraq və Suriyada İŞİD-in mövqelərini zəiflətməyə və ona qalib gəlməyə yönəlib. Məhz buna görə Türkiyəyə bombardmançı-qırıcılar da göndəriləcək. Xüsusilə tez bir zamanda terrorçular və hava sərhədini pozan rus təyyarələri ilə mübarizə aparan Türkiyə Hərbi Hava Qüvvələrinə dəstək üçün İncirliyə F-15 “Strayk İql” qırıcı-bombardmançıları çatdırılacaq”, – Kuk bildirib.

Qeyd edilir ki, məlum qırıcı qalmaqalından sonra Rusiyanın Qara dənizdə demək olar ki, heç bir müttəfiqi qalmayıb. 5 Qara dəniz dövlətindən 3-ü – Türkiyə, Bolqarıstan və Rumıniya NATO üzvləridir, Ukrayna və Gürcüstan isə Alyansa qatılmağın bir addımlığındadır və qərbmeyilli mövqe tuturlar. Bundan başqa, Ukrayna, Bolqarıstan və Türkiyə hava sahələri də Rusiya üçün qadağan olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=41643

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31