Rusiya aviasiyası türkmənləri azı 17 dəfə bombardman edib

28.11.2015 - 13:12

qirici“Rusiya aviasiyası Suriyanın şimal-qərbində türkmənlərin nəzarətində olan ərazilərə azı 17 dəfə zərbə endirib”.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən Salma, Gmam və Kesladşuk yaşayış məntəqələrinə aviazərbələr endirildiyini, həmin yaşayış məntəqələrində əsasən etnik türkmənlərin yaşadığını bildirib. Salma azı 8 dəfə bombalanıb. Rusiya təyyarələri Salma şəhəri ətrafında 13 km radiusda Bəşər Əsəd qüvvələri ilə döyüşən Suriya türkmənlərinə aid azı 15 hədəfə zərbələr endirib.

“Ruslar “Su-24” təyyarəsi vurularkən türkmən kəndlərini bombalayırdı”, – deyə Suriya Türkmənləri Ali Şurasının rəhbəri Samir Alo söyləyib. O, minlərlə türkmənin Türkiyə sərhədinə qaçmağa məcbur olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31