Putin Ərdoğanı oğlu ilə hədələdi – “Əlimizdə bəzi məlumatlar var”

28.11.2015 - 13:26

erdoqan3“Moskva Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın oğlunun neft biznesindəki maraqlarına dair bəzi məlumatlara sahibdir”.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlama ilə prezident Putinin mətbuat katibi Dmitriy Peskov çıxış edib:

“Mən prezidentimizin bəyanatından çıxış edərək deyirəm. Həqiqətən də, belə bir informasiya var. Nə qədər detallı olduğunu bilmirəm, lakin bəzi maraqlar var”.

Peskov həmçinin xatırladıb ju, Türkiyə yeni hökumətində Ərdoğanın kürəkəni enerji naziri təyin edilib.

Rusiya mətbuatı daha sonra Suriya XİN rəhbəri Valid Muallemin açıqlamasını xatırladıb. Qeyd edək ki, nazir Ərdoğanın oğlu Bilalın adını İŞİD terror qruplaşması ilə qanunsuz neft ticarətində hallandırmış, həmçinin Türkiyənin Bilalın neft şirkətlərinin maraqları üçün Su-24-ü vurduğunu qeyd etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=41658

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31