Türkiyədən şok cavab: boğazlar Rusiyanın üzünə bağlanır – SƏNƏD/VIDEO

28.11.2015 - 13:35

boqaz2Türkiyə İstanbul boğazlarını Rusiyanın hərbi gəmilərinin üzünə bağlaya bilər.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ və Yuqoslaviya ilə imzaladığı Montrö Boğazlar Razılaşması Ankaraya döyüş gəmilərini boğazlardan buraxmamaq hüququnu verir.

Türkiyə nəşrinin xəbərinə görə, Ankara Rusiyanın Türkiyəyə qarşı sanksiyaları rəsmiləşdirməsindən sonra atılacaq əks addımları nəzərdən keçirməyə başlayıb. Bu addımlardan biri də boğazların Rusiya gəmilərinin üzünə bağlanılması ola bilər.

Müqavilə müharibə və ya müharibə təhdidi olacağı halda Türkiyəyə əhəmiyyətli imkanlar verir. Sülh dövründə müəyyən qaydalara riayət etməklə ticarət və döyüş gəmilərinin boğazlardan keçməsinə icazə verən müqaviləyə görə, müharibə dövründə Türkiyə döyüşən ölkə olarsa, hərbi gəmilərin boğazlardan keçməsi ilə bağlı istədiyi kimi davrana bilər. Eyni şərtlər Türkiyənin özünü “döyüş təhdidi” qarşısında olduğunu elan etməsi vəziyyətində də tətbiq oluna bilər.

Ancaq bu qayda bir şərtlə bağlıdır. “Döyüş təhdidi” səbəbiylə boğazların bağlanılması barədə qərar Millətlər Cəmiyyəti Şurasının 3-də 2-i tərəfindən təsdiqlənməli idi. İkinci Dünya Müharibəsindən sonra Millətlər Cəmiyyəti Şurası Birləşmiş Millətlər Təşkilatına çevrilib, amma bu qaydanın necə tətbiq olunacağı hələ də məlum deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=41664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31