Putindən Türkiyəyə böyük zərbə – FƏRMAN

29.11.2015 - 01:36

hi-putin-852-cp-03451715-8col-300x168Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. ANS PRESS-in məlumatına görə, Türkiyə ilə bağlı xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında fərman barədə Kremlin rəsmi saytı xəbər verib.

Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

“Vladimir Putin “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında” fərman imzalayıb”, – deyə Kremlin rəsmi saytı xəbər verilir.

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da gərginləşir. Ötən gün Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.

Bü gün Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib. Rusiyanın türklərə ölkə girişində yaratdığı çətinliklər, ölkədə çalışan türk pasportlu iş adamlarına qarşı polis yoxlamaları Türkiyəni də hərəkətə keçirib. XİN təcili elan yayaraq vətəndaşlara xəbərdarlıq edib: “Vətəndaşlarımızın adıçəkilən ölkəyə təcili və ciddi önəm kəsb etməyən səyahətlərini təxirə salmasında yarar var”.

Rusiyada olan Türkiyə vətəndaşlarına hər hansı problem yaranacağı təqdirdə səfirlik və ya konsulluqlarla əlaqə saxlamaq tövsiyyə edilir.rr

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Vurulan “Su-24” də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb.Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=41711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31