Rusiyanın Türkiyədən 3 böyük tələbi

29.11.2015 - 23:34

turkrusRusiya prezidenti Vladimir Putinin məsləhətçisi Sergey Markov Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün ölkəsinin şərtlərini açıqlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Markov Ankaranın üç şərti yerinə yetirməli olduğunu deyib.

1.Təyyarənin Suriyanın hava məkanında vurulmasının qəbul edilməsi.

2. Türkiyənin bu hadisəyə görə üzr istəməsi.

3.Günahkarların cəzalandırılması.

“Təyyarə böhranına qədər biz Türkiyəni dost ölkə olaraq görürdük. Lakin hərbi təyyarəmiz vurulur və pilotumuz öldürülürsə, biz bunu düşmən davranış kimi qiymətləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvinin olduğunu biz əvvəl də görürdük, lakin Türkiyə ilə çox yaxın əlaqələrimiz olduğu üçün bunu açıq şəkildə dilə gətirmirdik. Ancaq indi açıq danışmağımız üçün heç bir maneə yoxdur”, – Putinin məsləhətçisi bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31