Türk nazirdən rus vətəndaşlarına – MÜRACİƏT

30.11.2015 - 10:41

mahir unalMahir Ünal bəyanatla çıxış etdi.

Turizm sektoru siyasətin xaricində düşünülməli və dəyərləndirilməlidir. Çünki insanların səyahət azadlığı ən fundamental insan hüququdur.

Rusiya Federasiyası vətəndaşlarına səslənmək istəyirəm. Türkiyə sizin evinizdir. Rahat şəkildə Türkiyəyə gələ bilərsiniz. Türkiyə son dərəcə təhlükəsiz bir ölkədir.

Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Mədəniyyət və Turizm naziri Mahir Ünal deyib.

Bölgədə baş verən proseslərin Türkiyəyə də təsirindən danışan Ünal qeyd edib ki, Türkiyəni əhatə edən 6-7 ölkə idarəedilməz vəziyyətdədir:

“Bizi əhatə edən 6-7 ölkə idarəedilməz vəziyyətdədir. Bu çoğrafiyada Türkiyə bir dinclik, sabitlik, təhlükəsizlik adası olaraq ayaqdadır. Millətimiz rahat olsun. Həm milli həm də beynəlxalq səviyyədə problemləri həll edə biləcək güclü hökumətimiz var”, – deyə nazir qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31