Bzejinski: “Əgər ABŞ Rusiya təyyarəsini vursaydı…”

30.11.2015 - 11:41

bejinskiRusiya təyyarəsi ABŞ tərəfindən və ya Pribaltika ərazisində vurulsaydı, Rusiyanın reaksiyası tamam fərqli olardı.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın eks-prezidenti Cim Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, məşhur politoloq Zbiqnev Bjezinski deyib. Politoloqun fikrincə, belə olduğu halda hər iki tərəfin güc tətbiq etməsi qaçılmaz olacaqdı:

“Lakin hazırda mənzərə tamam fərqlidir. Su-24 insidentindən sonra regionda ümumilikdə silahlı qarşıdurmalar səngiyəcək. Tərəflər artıq bu hadisə və Suriya münaqişəsilə bağlı olduqca təmkinli və rasional addımlar atırlar”.

Xatırladaq ki, politoloq Suriya hadisələrinin gedişatında Rusiyanın birbaşa iştirakının, Putinin Vyanaya dəvətinin tərəfdarı kimi çıxış edirdi:

“Rusiyanı inandırmaq lazımdır ki, Əsədin qalması Rusiyanın o qədər də xeyrinə deyil, bu, həmçinin ABŞ-ın da maraqlarına cavab vermir. Hazırda tərəflərin sözügedən məsələ ilə bağlı böyük bir səylə təmkin nümayiş etdirməsi təqdirəlayiqdir”.

Bundan başqa politoloq hesab edir ki, hər iki tərəf – ABŞ və Rusiya öz aralarında böyük qarşıdurmanın olmamasında maraqlıdırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=41879

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31