“Bizə silah verin, bitdik” – PKK “lideri”ndən şok ETİRAFLAR

30.11.2015 - 11:58

cemilAlmaniyanın “Bild am Sonntag” qəzeti PKK terror təşkilatının Kandildəki qondarma lideri Cemil Bayıkın xüsusi müsahibəsini yayımlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, alman jurnalist Maksimilian Kievelin imzası ilə dərc olunan müsahibədə terrorçu C.Bayık şok etiraflar edib.

PKK “lideri” hazırda üzləşdikləri silahsızlıqdan şikayətlənib: “Mən qrupumla dağlarda yaşayıram. Biz bir ünvanda daimi qala bilmirik, kənddən kəndə hərəkət edirik. Bir evdə bir gecədən artıq yaşamırıq. Bəzən gecələri yola çıxıb yerimizi dəyişdiririk. Biz bunu bəzən piyada, bəzən də avtomobillə edirik. Hətta bir-birimizlə əlaqə yaradan zaman da çox diqqətli oluruq. Çox az hallarda mobil telefondan istifadə edirik. PKK olaraq biz də bir sıra səhvlərə yol vermişik. Mən buna misal olaraq, ötən əsrin 90-cı illərində Almaniyada törədilən bəzi terror aktlarını xatırlada bilərəm. Buna görə də mən bir daha alman xalqından üzr istəyirəm. Bu kimi səhvlərin bir daha təkrarlanmaması üçün Almaniya mümkün olan hər bir işi görəcəyimizə əmin ola bilər”.

C.Bayık PKK-nın yaşadığı indiki vəziyyətinə də toxunub: “Hazırda vəziyyətimiz çox pisdir. PKK indiyədək bu cür vəziyyətə düşməmişdi. Çünki Türkiyə hökuməti “bütün PKK döyüşçüləri tam təslim olmayana və ya öldürülməyənə qədər müharibə aparacağıq” deyir. Buna görə də vəziyyət gərgin olaraq qalır. Hazırda biz köhnədən aldığımız silahlarla döyüşürük. Bu isə yetərli deyil. Qərb ölkələri bizə silah versə, daha güclü olaraq və döyüşərik. Ona görə də mən buradan Qərbə səslənirəm: bizə silah verin, yoxsa sonumuzu bitirəcəklər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41891

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31