Türkiyə həlak olan pilotun cəsədini Rusiyaya verdi
Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra ölən Rusiya pilotu Oleq Peşkovun cəsədi öz ölkəsinə təhvil verilib.
Virtualaz.org Türkiyə KİV-nə istinadən bildirir ki, cəsəd noyabrın 29-da pravoslav kahinlər tərəfindən dini mərasim keçirildikdən sonra Hataydan Ankaraya aparılıb. 1 gecə burada gözlədildikdən sonra ölkəsinə təhvil verilib.
Xatırladaq ki, noyabrın 24-də Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini keçdiyi üçün vurulub. Pilotlardan biri Oleq Peşkov türkmənlərin yaşadığı əraziyə düşərək ölüb, digər pilot Konstantin Muraxtin isə sağ qalıb. O, Suriya xüsusi qüvvələri tərəfindən Rusiyanın Suriyadakı bazasına aparılıb.
Onu da qeyd edək ki, Rusiyanın Ankaradakı səfirliyindən qazeta.ru-ya bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=41960