İsti iqlimdə soyuq cəbhə: İlham Əliyev Putinlə Ərdoğanı barışdıra bilər

30.11.2015 - 16:24

eepTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bu gün işinə başlayan İqlim Dəyişikliyi üzrə Paris Konfransında görüşü sual altındadır.
Publika.az xəbər verir ki, Ərdoğan Rusiya rəhbərliyi ilə yaranmış vəziyyəti müzakirə etmək istədiyini açıqlayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ərdoğanın iqlim konfransında Putinlə görüşmək niyyətindən xəbərdar olduqlarını bildirir. Lakin nə Uşakov, nə də Putinin mətbuat katibi Dmitri Peskov prezidentlərin görüşəcəyini təsdiq etməyiblər.
Əvəzində, Kreml Putinin Obama ilə görüşünü istisna etməyib, həmçinin İsrail baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi deyilir.

Türkiyə-Rusiya münasibətlərinin pozulması fonunda diqqət çəkən məqam İsrailin Moskvadan yana çıxış etməsidir.
“Suriya əməliyyatlarında iştirak edən Rusiya təyyarəsi bu yaxınlarda İsrailin də hava məkanını pozdu. Lakin bu məsələni diplomatik yolla həll etdik. Bu, pilotun səhvi idi. Əslində Rusiya təyyarəsi bizə hücum etmək istəmir. Bu baxımdan, təyyarəni vurmaqdansa, danışıqlar aparıb məsələni həll etmək yaxşı olardı”.
İsrailin müdafiə naziri Moşe Yaalon bu sözlərlə faktiki olaraq Kremli dəstəklədiklərini bəyan edib.
“Kommersant” nəşri yazır ki, Türkiyə münasibətlərin yoluna düşməsinə çalışır: “Çünki hər iki ölkə bir-biri üçün əhəmiyyətli olduğunu anlayır. Rusiya-Türkiyə münasibətlərindəki böhran bütövlükdə dünya siyasətinə təsir göstərir. Artıq Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında vasitəçi rolunu oynaya biləcəyini qeyd edib. Güman ki, Əliyev bu məsələdə sülh tərəfdarı olaraq çıxış edəcək. Ötən həftə sonu Bakıya gələn Mövlud Çavuşoğlu da Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini açıqlamaqla yanaşı, bu dəfə daha təmkinlə danışdı”.
Nəşr hesab edir ki, Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin kəskinləşməsində maraqlı deyil: “Bu baxımdan, Azərbaycan Prezidenti hər şeyin yoluna qoyulması üçün səylərini əsrigəməyəcəyini bəyan etdi. Ehtimal ki, yaxın vaxtlarda energetika məsələləri ilə bağlı müzakirələr yenidən bərpa oluna bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=41987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31