Rusiyadan Türkiyəyə ŞOK ZƏRBƏ: PKK-ya bu silahlar ötürüldü – FOTOLAR

01.12.2015 - 10:54

dsÖtən həftə rus hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması Rusiyanın rəsmi Ankaraya qarşı olan siyasətini daha da sərtləşdirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiya vurulan təyyarəsinə cavab olaraq PKK terror təşkilatına silah ötürməyə başlayıb.

Türkiyənin aparıcı media orqanlarının yaydığı xəbərlərə görə, Rusiya Federasiyasının PKK-ya külli miqdarda silah-sursat və digər hərbi ləvazimatlar ötürməsi faktı aşkarlanıb.

PKK-nın Rusiyadan aldığı silahlar arasında “Strela-2”, “RPG”, 60 millimetrlik minomyot və bu silahlara aid olan hərbi ləvazimatlar, uzaqdan idarə edilən minalar, gecə görmə cihazları, “Kalaşnikov” avtomatı var.

İranın hökumətə yaxın “Cevan” qəzeti isə sözügedən silahların Tendürek-Mako quru yolu ilə PKK-ya çatdırılması barədə sensasion xəbər yayıb.

Qəzetin xəbərinə görə, Şərur Mahir adlı PKK üzvü mütəmadi olaraq Rusiyaya gedib, oradan da silah və digər hərbi ləvazimatları təhvil alaraq təşkilata çatdırır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=42118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31