Ukraynadakı terror aktının arxasında Türkiyə və… – ŞOK İTTİHAM
Ukraynada elektrik ötürücü xətlərin partladılmasının arxasında Türkiyə və ABŞ dayanır.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Krım parlamentinin senatoru Olqa Kovitidi deyib. O, qeyd edib ki, Krımın iqtisadi blokadası Türkiyənin cəlb olunduğu terror aktının nəticəsidir. Senatorun fikrincə, terror aktını törədən qruplaşmanın iştirakçıları Krım-Tatar Məclisinin nümayəndələridir. O, Krım-Tatar Məclisinin, həmçinin millətçi “Sağ sektor” təşkilatının NATO ölkələri, xüsusi halda, ABŞ və Türkiyə tərəfindən maliyyələşdirildiyini bildirib.
Xatırladaq ki, Krımı elektrik enerjisi ilə təmin edən “Kaxovskaya-Ostrovski” və “Kaxovskaya-Cankoy” elektrik ötürücü xətlərinin dayaqları noyabrın 22-də partladılıb və nəticədə yarımada elektrik enerjisnin verilməsi dayanıb. Noyabrın 20-də isə “Melitopol-Cankoy” və “Kaxovskaya-Titan” elektrik ötürücü xətlərinin dayaqları dağıdılıb. Partlayışlara görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməyib. Bəzi iddialara görə, partlayışları “Donbas” batalyonunun döyüşçüləri təşkil edib.
Dağıdılmış konstruksiyalar “Sağ sektor” və Krım-Tatar Məclisinin üzvləri tərəfindən mühasirəyə alınıb. “Kaxovskaya-Titan” elektrik ötürücü xəttindəki dayaqlar təmir edilsə də, enerji təchizatı hələ bərpa edilməyib.
Hazırda yarımadanın energetika sistemi təcrid edilmiş rejimdə işləyir, ictimai cəhətdən əhəmiyyətli obyektlər dizel generatorları və mobil stansiyalara qoşulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=42233