Bağdadinin arvadı: “Türkiyəyə gedəcəyəm” – Video
Əl Qaidə terror təşkilatının Suriya qanadı Nüsrə Cəbhəsi 2014-cü ildə əsir götürdüyü 16 Livan əsgərini 13 nəfər qarşılığında sərbəst buraxıb.
Axar.az xəbər verir ki, Livanın azad etdiyi 13 şəxs arasında İŞİD lideri Əbubəkr Bağdadinin keçmiş arvadı Saca Hamid Duleymi də var.
“Mən İŞİD lideri Əbubəkr Bağdadinin keçmiş arvadıyam. 6 il əvvəl boşanmışıq. Əvvəlcə Beyruta, oradan isə Türkiyəyə getməyi planlaşdırırıq”, – Hamid Duleymi “Əl-Cəzirə” kanalına deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=42250