Obama bir daha Türkiyəni dəstəklədi

01.12.2015 - 16:48

obama2Fransada keçirilən İqlim Dəyişikliyi Zirvəsinə qatılan Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Obama bu gün Parisdə bir araya gəlib. Prezidentlər görüşdən sonra müzakirələr haqda mətbuata məlumat veriblər.

Obama Türkiyə və Rusiya arasında baş verən gərginliyi müzakirə etdiklərini, tərəflər arasında sülhün bərqərar olması üçün yollar aradıqlarını bildirib. Obama eyni zaman da, Türkiyənin özünü müdafiə hüququnun ABŞ tərəfindən dəstəkləndiyini bir daha təkrarlayıb.

Prezident Ərdoğan isə Suriyada aparılan mübarizənin detalları üzərində dayandıqlarını bildirib: “Arzumuz Suriyada keçid prosesinin müvəffəqiyyətlə başa çatmasıdır. Türkiyə olaraq Rusiya ilə aramızdakı gərginliyi azaltmaq istəyirik. Dərdimiz, bu gərginliyin diplomatik yolla həll olunmasıdır”,- deyə Ərdoğan bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42256

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31