Davudoğlu: Rusiya Suriyada Türkiyənin narahatlığını nəzərə almayıb

02.12.2015 - 10:25

davudRusiya Suriyada hərbi əməliyyatlarını Türkiyənin maraqlarını nəzərə almadan keçirir. APA-nın məlumatına görə, bunu “Haberturk” və “Show TV” telekanallarına müsahibəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

“Mən burada strateji deyil, daha çox psixoloji aspekt görürəm. Rusiya son zamanlar Gürcüstan, Ukrayna və Krımla bağlı məsələlərdə atdığı bəzi addımları ilə öz şöhrətpərəst siyasətini nümayiş etdirir. Buna görə həddindən artıq özünəinam yaranıb. Rusiya, Suriyaya girərək və bunun Türkiyə üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayaraq Türkiyənin xəbərdarlıqlarını nəzərə almadı. Siz bizim sərhəddə bizim soydaşlarımızı öldürürsünüz, bizə doğru qaçqın axınını çoxaldırsınız, bizim hava məkanımızı pozursunuz. Bu artıq həddini aşmaqdır”, deyə Davudoğlu qeyd edib.
Onun sözlərinə görə, Türkiyədən hörmət gözləyən hər bir ölkə ilk növbədə ona hörmət göstərməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=42375

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31