Jirinovskidən şok çağırış: “İstanbula bomba atmaq lazımdır” – Video

02.12.2015 - 11:01

jiriTürkiyənin Bosfor boğazında bizim gəmilərin qarşısını kəsməyinə qarşılıq olaraq Mərmərə dənizinə İstanbulu batıracaq bomba atmalıyıq.

Axar.az xəbər verir ki, bunu Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya Dumasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Türkiyə bundan əvvəl də Bosfor boğazının Rusiyanın üzünə bağlamağa cəhd edib:

“SSRİ dövründə də onlar eyni bəyanatla çıxış etmişdilər. Bizim o zamankı Xarici İşlər nazirimiz Qromıko Nyu York və ya Vaşinqtonda olan zaman demişdi ki, SSRİ-nin Qara dəniz donanmasının Aralıq dənizinə keçməsi üçün bir neçə raket lazımdır. Bunun da nəticəsində İstanbul olmayacaq və Bosfordan əlavə Aralıq dənizinə keçmək üçün daha iki keçid yaranacaq. Bu məsələdən sonra Türkiyə bir də heç vaxt Bosfor boğazının SSRİ hərbi gəmilərinin üzünə bağlanması məsələsini gündəmə gətirmədi. İndiki şəraitdə İstanbula xüsusi raket atmaq gərək deyil, sadəcə, dənizə bomba atmaq yetərli olacaq. Bu, elə daşqın olacaq ki, şəhərdən heç nə qalmayacaq. Bu artıq çoxdan düşünülüb. Su bir neçə on metr hündürlüyə qalxır və bütün şəhəri 9 milyon əhalisi ilə birgə yox edir”.

Qeyd edək ki, dünən Bosfor boğazından keçməyə çalışan Rusiya gəmilərinin Türkiyə tərəfindən saxlanılması haqda xəbərlər yayılmışdı.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=42390

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31