Əsəd: “Böyük məmnuniyyətlə istefa verəcəm, ancaq…”

02.12.2015 - 12:47

esedƏsəddən növbəti bəyanat

Ölkə.Az-ın xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, suriyalıların ona səs verməyəcəyi təqdirdə prezident vəzifəsindən getməyə hazır olduğunu bəyan edib.

“Əlbəttə, indi müharibənin qızğın vaxtında hansısa səbəblərdən postu tərk edəcəyimi deyə bilmərəm, əks halda satqın olardım. Ancaq seçki dövrü gələndə, qoy, suriyalılar özləri qərar versin. Məni görmək istəsələr, məmnuniyyətlə vəzifəmdə qalacağam. İstəməsələr, yenə də böyük məmnuniyyətlə istefa verəcəm. Bununla bağlı mənim heç bir problemim yoxdur”, – deyə prezident qeyd edib.

Xatırladaq ki, bir müddət öncə də Suriya prezidenti Bəşər Əsəd istefa verməyə hazır olduğunu dilə gətirmişdi.

“Əgər mənim gedişim münaqişəni həll edəcəksə, mən, şübhəsiz ki, bunu edəcəm”, – deyə Bəşər öz mövqeyini ifadə edib. Suriya prezidenti qeyd edib ki, kimin prezident olacağını xalq müəyyən etməlidir. O xatırladıb ki, ötən il baş tutan prezident seçkilərində ölkə əhalisi onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Vyanada Suriya münaqişəsi ilə bağlı danışıqlar ərəfəsində BMT-də yayılmış sənədə əsasən, Rusiya ölkədə 18 ay müddətinə keçid dövrü təyin etməyi və sonradan prezident seçkisini keçirməyi təklif edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42429

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31